qanunedalet.com.az
http://qanunedalet.com.az

Aİ İrana qarşı sanksiyaların müddətini uzatdı

15-07-2024, 21:38

ai-irana-qarsi-sanksiyalarin-muddetini-uzatdi


Avropa İttifaqı (Aİ) Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplaşmalara hərbi dəstək verdiyi üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb.
Bu barədə Aİ Şurası bəyanat yayıb.

Qeyd olunub ki, Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplara verdiyi hərbi dəstək səbəbilə mayın 14-də İrana qarşı başladılan sanksiyalar 27 iyul 2025-ci ilədək tətbiq ediləcək.

Açıqlamada bildirilib ki, müddətin uzadılması qərarına il ərzində bir daha baxılacaq.

Qeyd edək ki, sözügedən sanksiyalar paketi 12 şəxs və 9 təşkilata şamil edilib. Buraya aktivlərin dondurulması, siyahıya alınmış şəxslərə və təşkilatlara birbaşa və ya dolayı yolla iqtisadi gəlirlərin təmin edilməsi və Aİ-yə üzv olan ölkələrə səfərlərin qadağan edilməsi daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031