qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanın Latviyadakı səfiri bu ölkənin daxili işlər naziri ilə görüşüb

15-02-2024, 19:58

Azərbaycanın Latviyadakı səfiri bu ölkənin daxili işlər naziri ilə görüşüb

Fevralın 14-də Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviyanın daxili işlər naziri Rihards Kozlovskis ilə görüş keçirib.
 Elnur Sultanov cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirərək, Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Nazir Rihards Kozlovskis iki ölkə arasında ali və yüksək səviyyələrdə həyata keçirilmiş səfərlərin əhəmiyyətini qeyd edərək, Azərbaycanın Latviya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş olduğunu bildirib.

Görüş əsnasında hüquq-mühafizə sahəsində Azərbaycan və Latviya arasında mövcud olan əməkdaşlığın cari vəziyyəti və inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728