qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanda keçiriləcək seçkilər region üçün ciddi əhəmiyyət daşıyır - Gürcü ekspert

1-02-2024, 14:30

Azərbaycanda keçiriləcək seçkilər region üçün ciddi əhəmiyyət daşıyır - Gürcü ekspert

Azərbaycan üçün qarşıdan gələn Prezident seçkiləri vacibdir. Çünki seçkilər müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində baş tutacaq.
Bu fikirləri secki-2024.az saytına gürcü ekspert, siyasi elmlər doktoru Soso Mancavidze bildirib.

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək Prezident seçkilərinin təkcə Azərbaycan üçün deyil, həm Gürcüstan və ümumilikdə region üçün əhəmiyyəti həddindən artıq böyükdür.

“Gürcüstan üçün bu nümunə onun ərazi bütövlüyünün bərpasına olan ümidləri gücləndirir. Region üçün isə bu, sülh və firavanlıq perspektividir. Azərbaycan xalqına uğurlu prezident seçkiləri arzu edirəm. Bu seçkiləri həqiqətən də tarixi adlandırmaq olar", - Soso Mancavidze deyə fikrini yekunlaşdırıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728