qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanda bir ayda koronavirusdan 21 nəfər ölüb

2-02-2024, 19:56

Azərbaycanda bir ayda koronavirusdan 21 nəfər ölüb

Azərbaycanda son bir ay ərzində (31 dekabr-31 yanvar) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 325 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.


İndiyədək ölkədə ümumilikdə 834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib.

Məlumata görə, son ay ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 333, bu günə qədər isə ümumilikdə 7 748 050 test icra olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728