qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanı “Avroviziya 2026”da o təmsil edəcək

Dünən, 19:32

azerbaycani-avroviziya-2026da-o-temsil-edecek

Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində JIVA təmsil edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yarışmanın ölkəmizdəki rəsmi yayımçısı İTV məlumat yayıb.

JIVA (Cəmilə Həşimova) — güclü vokalı və səmimi ifaları ilə tanınan azərbaycanlı müğənnidir.

Müğənni 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanıb.

O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.

Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və “Montreux Jazz Festivalı”nda səhnəyə çıxıb. Daha sonra “Hazz Band” qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib. 2017-ci ildən etibarən JIVA karyerasını solo olaraq davam etdirir. O, pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.

2018-ci ildə müğənni “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib. 2025-ci ildə isə Röya Ayxanın komandasında “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsinin qalibi olub.

JIVA həmçinin EMIN, Zülfiyyə Xanbabayeva, Manana, Samir Bağırov və digər sənətçilərlə birlikdə “Azərbaycan! Mən səni sevirəm” adlı vətənpərvərlik layihəsində iştirak edib.

Qeyd edək ki, “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031