qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanlı aktyor Hollivud filmində çəkiləcək - İlk dəfə

5-12-2025, 18:38

azerbaycanli-aktyor-hollivud-filminde-cekilecek

Azərbaycanlı aktyor Eldar İsgəndərov Grant Singerin çəkəcəyi “Reenactment” adlı filmin aktyor heyətinə qoşulub.
Eldar İsgəndərov Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi Hollivud ulduzları ilə tərəf müqabili olacaq.

Filmin süjeti kimi İsgəndərovun rolu da gizli saxlanılır. Çəkilişlərin bu ilin sonlarında Los-Ancelesdə başlaması planlaşdırılır.

Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərov Hollandiya və Belçikada böyüyüb. O, Savanna İncəsənət və Dizayn Kollecinin məzunudur. Onun “Reenactment” filmindəki işi İsgəndərovun bu il oynadığı üçüncü bədii filmdir. O, Jesse Eisenbergin “A24” və “Fruit Tree” filmləri üçün çəkdiyi, hələ yayımlanmamış musiqili komediya layihəsində, eləcə də “Topic Studios” tərəfindən istehsal olunmuş Jordan Firstmanın rejissorluq debütü olan "Club Kid" filmində baş rollarda rol alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728