qanunedalet.com.az
http://qanunedalet.com.az

Qaz xətləri kəsildi, Müşfiqabad qəsəbəsi istiliksiz qaldı - Açıqlama

5-12-2025, 18:40

qaz-xetleri-kesildi-musfiqabad-qesebesi-istiliksiz-qaldi

“Müşfiqabad qəsəbəsinə bu il qış mövsümü başlayandan bəri istilik verilməyib. Mənzillərdə, idarələrdə, uşaq bağçalarında soyuqdan donuruq. Uşaqlarımız 67 saylı bağçaya gedirlər, bağça binası buz kimidir”.

Bu şikayətlə “Qafqazinfo”ya Müşfiqabad sakinləri müraciət ediblər.

Onlar 20 gündür istilik probleminin həll olunmadığını deyirlər. Sakinlərin sözlərinə görə, qəsəbə ərazisində yalnız öz qazanxanası olan məktəblərdə istilik var.

Problemlə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanladıq. Qurumdan problemdən xəbərdar olduqları və aradan qaldırılması üçün iş görüldüyü bildirildi: “Müşfiqabad qəsəbəsində “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı qazla təmin edən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xətləri naməlum şəxslər tərəfindən kəsilib və yararsız vəziyyətə salınıb. Hazırda həmin qaz xəttinin bərpa olunması istiqamətində işlər aparılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728