qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycan Suriyaya qaz nəqlinə başlayır

30-07-2025, 18:41

azerbaycan-suriyaya-qaz-neqline-baslayir

Avqustun 2-dən etibarən Suriya hər gün Azərbaycandan 3.4 milyon kubmetr qaz alacaq.

“Qafqazinfo” “Sana” agentliyinə istinadən xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib.

“Avqustun 2-dən Suriya Azərbaycandan Hələb vilayətinə Türkiyə ərazisi vasitəsilə 3,4 milyon kubmetr qaz almağa başlayacaq və bu, təxminən 900 meqavat elektrik enerjisi istehsalına səbəb olacaq. Bu addım elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək”, - nazir qeyd edib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar da məsələ ilə bağlı açıqlama verib.

A.Bayraktar deyib ki, SVOP razılaşmasına əsasən, Azərbaycandan ixrac edilən qaz Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac olunacaq:

“Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan həmkarlarımla bu mərasimi Kilisdə rellaşdıracağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031