qanunedalet.com.az
http://qanunedalet.com.az

İşğaldan azad edilmiş ərazilərdə ipoteka kreditlərinin verilməsi qaydası dəyişdi

Dünən, 20:09

isgaldan-azad-edilmis-erazilerde-ipoteka-kreditlerinin-verilmesi-qaydasi-deyisdi

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası dəyişib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən (Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin qiymətinin 90 faizindən) çox olmamalıdır.

Eyni zamanda, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin (“Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hərbi qulluqçulara verilən maliyyə dəstəyi nəzərə alınmaqla) 70 faizindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən) çox olmamalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031