qanunedalet.com.az
http://qanunedalet.com.az

Baş nazirdən alkoqollu içkilərlə bağlı - Qərar

Dünən, 19:25

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətinin müəyyən edilməsi Qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

bas-nazirden-alkoqollu-ickilerle-bagli


Qərara əsasən, məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir. Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması” doldurularaq 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim olunur.

Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən 1 (bir) ay müddətində təsdiq edilir və təsdiq edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.

Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.

Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə etmək haqqında” qnunun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 (otuz) gün əvvəl verilir.

Bu tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031