Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Məlumata əsasən, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə aprelin 30-u saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.