qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu xətt üzrə əlavə qatar reysləri təyin ediləcək

13-01-2025, 17:57

bu-xett-uzre-elave-qatar-reysleri-teyin-edilecek

Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 18 və 19 yanvar tarixlərində əlavə qatar reysləri təyin ediləcək.

Bununla bağlı Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, həmçinin Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031