qanunedalet.com.az
http://qanunedalet.com.az

Qardaş ölkədə pensiyalar bu məbləğə yüksəldilə bilər

10-07-2024, 19:33



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Cövdət Yılmaz, xəzinə və maliyyə naziri Mehmet Şimşək, AKP nümayəndəsi Abdullah Gülər və millət vəkili Mustafa Əlidaş təqaüdçülərin pensiyalarının artırılmasını müzakirə etmək üçün iclas keçirəcək.
Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə ən aşağı pensiya məbləği 10 min lirədir. Qeyd olunub ki, bu məbləğin 12-13 minə yüksəldilməsi planlaşdırılır. Eyni zamanda, digər təqaüdçülərin pensiyasında da artım gözlənilir.

İclasın bu gün və ya sabah keçiriləcəyi ehtimal edilir.

Qeyd edək ki, hazırda Türkiyədə minimum əməkhaqqı 17 002 lirədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728