qanunedalet.com.az
http://qanunedalet.com.az

Ərzağa olan tələbat günü-gündən artır - Nazir müavini

17-04-2024, 15:00

Ərzağa olan tələbat günü-gündən artır - Nazir müavini

Dünyada ərzağa olan tələbat günü-gündən artır. Biz torpaqların dayanıqlı istifadəsi üçün onun ağıllı istifadəsini uyğun görürük.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” movzusunda dinləmədə deyib.
O qeyd edib ki, birmənalı şəkildə müasir suvarma texnologiyalarının tətbiqi çağırış olaraq qarşımızda dayanır. “Biz su, torpaq və ya kənd təsərrüfatında texnologiya deyirik. Bunu istifadə edən insandır. İnsanın bunu nə dərəcədə şüurlu istifadə edəcəyi önəmlidir. Bu gün qarşımıza ağıllı fermer çağırışı qoyuruq. İnsanların istehlakı hamımızı maraqlandıran məsələdir. Şüurlu istehlak önəmlidir", - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031