qanunedalet.com.az
http://qanunedalet.com.az

Qavi Avro-2024-ü buraxacaq

10-01-2024, 17:22

Qavi Avro-2024-ü buraxacaq

İspaniya yığmasının və "Barselona"nın futbolçusu Qavi Avro-2024-ü buraxacaq.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hazırda zədəli olan futbolçunun sağalma prosesi gözlənildiyindən qat-qat yaxşı gedir. Proses "Barselona"nın tibbi xidməti və fizioterapevtləri, həmçinin İspaniya Futbol Federasiyası (RFEF) tərəfindən yaxından izlənilir.
Futbolçu təqribən gələn ay daha böyük intensivliklə məşqlərə başlamağı planlaşdırır. "Barselona"nın hesablamalarına görə, bu ritmdə Qavinin komandaya iyun ayında qayıtması gözlənilir. Lakin o, Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatına qatılmayacaq. İspaniya Futbol Federasiyası oyunçu ilə bağlı risk etmək istəmir. 
Xatırladaq ki, yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milliləri arasında keçirilən matçda (3:1) zədələnmişdi. Bu mövsüm Qavi "Barselona"nın heyətində 15 oyunda iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031