qanunedalet.com.az
http://qanunedalet.com.az

Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

28-08-2026, 19:43

avarcekme-uzre-azerbaycan-cempionati-kecirilecek

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 31 avqust – 2 sentyabr tarixlərində Azərbaycan çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, akademik avarçəkmə, kayak və kanoe üzrə baş tutacaq yarış Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Ölkə çempionatında Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Yarışda avarçəkənlər akademik avarçəkmə və kayak növündə  1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Həmçinin Azərbaycan çempionatında ilk dəfə olaraq kayak növündə qarışıq cütlüklərin yarışı baş tutacaq.  

Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031