qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycan klubu səfərə getməyə pul tapmır

23-03-2026, 18:10

azerbaycan-klubu-sefere-getmeye-pul-tapmir

Azərbaycan II Liqasında çıxış edən “Quba” futbol klubu maddi problemlərlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda klubun feysbuk sosial şəbəkəsi vasitəsilə ictimaiyyətə ünvanladığı müraciətdə bildirilib.

“Bu gün “Araz Saatlı” ilə oyuna çıxmalı idik. Amma açıq deyək, bu oyuna çıxmağımız ciddi sual altındadır. Səbəb hamıya bəllidir. Yol xərclərini qarşılaya bilmirik, komandanın elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkirik. Uşaqlar aylarla əziyyət çəkdi, çoxu heç nə gözləmədən oynadı. Sadəcə Quba üçün, bu komandanın adı üçün çıxış etdi.

Hamı oyuna çıxmaq, döyüşmək istəyir. Amma bəzən istəmək kifayət etmir. Biz bu vəziyyətə gəlib çatmışıq. Ona görə sizə müraciət edirik, açıq və səmimi. Kim nə qədər bacarırsa, hətta çox kiçik bir məbləğ də bizim üçün böyük dəstəkdir. İnanın, bəzən xırda bir kömək belə böyük problemi həll edir. Sadəcə baxıb keçməyin. Bu komanda hamımızındır. Bu gün bizə dəstək olmasa, sabah gec ola bilər”, - paylaşımda qeyd edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031