qanunedalet.com.az
http://qanunedalet.com.az

“Sabah” doğma meydanda qələbə qazandı - Video

19-03-2026, 22:52

sabah-dogma-meydanda-qelebe-qazandi

Misli Premyer Liqasında 25-ci turun mərkəzi qarşılaşmalarından biri Masazırda baş tutub.

“Qafqazinfo” xəbər verir ki, çempionatın lideri “Sabah” doğma meydanda “Sumqayıt” komandasını qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş meydan sahiblərinin tam üstünlüyü ilə yekunlaşıb. Valdas Dambrauskasın yetirmələri rəqib qapısından üç top keçirərək növbəti üç xalı aktivlərinə yazdırıblar.

Matçda hesabı 24-cü dəqiqədə Kahim Parris açıb. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Coy Lens Mikels fərqi ikiyə çatdırıb. 71-ci dəqiqədə isə Velko Simiç vurduğu qolla oyunun taleyini faktiki olaraq həll edib. Qonaqlar yalnız qarşılaşmanın son saniyələrində, 90+2-ci dəqiqədə Nsana Simonun sayəsində təsəlli qoluna imza ata biliblər.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 62-yə çatdıran “Sabah” turnir cədvəlindəki liderliyini bir qədər də möhkəmləndirib. “Sumqayıt” isə 32 xalla 7-ci pillədə qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031