qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat aldı

27-01-2024, 20:21

Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat aldı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2023-cü ilin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb.

Trend FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın beynəlxalq qrossmeysteri, Əməkdar məşqçisi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşısı kimi Mark Dvoretski mükafatına layiq görülüb.
Qeyd edək ki, C.Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728