qanunedalet.com.az
http://qanunedalet.com.az

Odlu silahdan yaralanan çoban öldü

Dünən, 19:02

odlu-silahdan-yaralanan-coban-oldu

Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib.

İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarət nəticəsində vəfat edib. Onun çoban olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunus Quliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930