qanunedalet.com.az
http://qanunedalet.com.az

Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı

31-08-2026, 18:58

sumqayitda-28-yasli-kisi-bicaqlandi

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün qəsəbə ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Nadir Novruzov ilə oğlu, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov arasında mübahisə yaranıb. Mübahisə zamanı Təhmasib Novruzova bıçaqla xəsarət yetirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğluna xəsarət yetirməkdə şübhəli bilinən 71 yaşlı Nadir Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031