Paytaxtın bu yollarında təmir gedir - Siyahı

Paytaxt ərazisində təmir işləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, aparılan kompleks və təxirəsalınmaz tədbirlər nəticəsində artıq 2 yol sahəsində - Abbasqulu ağa Bakıxanov küçəsi (R. Behbudov – C. Hacıbəyli küçələri arası), Xan Şuşinski küçəsi (A.A. Bakıxanov küçəsi – Vaqif prospekti arası) təmir işləri icra olunaraq yekunlaşdırılıb.
Paytaxt ərazisində daha 4 yol sahəsində isə təmir işləri davam etdirilir:
Qara Qarayev prospektinin yan yolu (Naxçıvanski – B. Nuriyev – R. Rüstəmov küçələri arası)
Hüseyn Cavid prospekti (Ə.B. Haqverdiyev – Landau və S. Dağlı – M. Müşfiq küçələri arası)
Nazim Hikmət küçəsi (A.M. Şərifzadə küçəsindən H.B. Zərdabi – Mətbuat prospektləri arası)
Sənan Abdullayev küçəsi (Baksol yolu).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: