qanunedalet.com.az
http://qanunedalet.com.az

Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq

26-06-2026, 18:25

leysan-olacaq-bezi-caylardan-dasqin-ve-sel-kececek

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq.

“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqla gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.
Qeyd olunub ki, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31