qanunedalet.com.az
http://qanunedalet.com.az

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

Dünən, 18:41

azerbaycanli-futbolcular-snus-istifade-edir

“Azərbaycanlı futbolçuların əksəriyyətinin siqaret çəkdiyini və ya içki içdiyini deməzdim. Hətta qəlyanı da onlarla bir sıraya qoyardım. Çalışırıq ki, futbolçulara bunun zərərli olduğunu başa salaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Futbolinfo.az-a müsahibəsində tanınmış həkim və fizioterapevt Rahim Məhərrəmov deyib. 
Futbol sahəsində çalışan həkim azərbaycanlı futbolçuların siqaret, qəlyan çəkməsindən, içki içməsi haqqında sualı cavablandırıb: 

“Amma Azərbaycan futbolunun bu gün ən böyük fəlakəti nə siqaret, nə içki, nə də qəlyandır. Ən böyük problem snusdur (tüstüsüz tütün məmulatının bir növü, xırdalanmış və nəmləndirilmiş tütündən ibarətdir – red.). Dodaqla diş əti arasına qoyulur. Bizim oyunçular arasında artıq çox geniş yayılıb. Bunu ölkəmizə xaricilər gətirib, bizim gənclər də artıq meyillənib. Snus barədə heç kim danışmır, lakin Azərbaycan futbolunu böyük fəlakətə aparacaq. Hətta artıq gətirdiyini deyə bilərik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930