qanunedalet.com.az
http://qanunedalet.com.az

Yağış yağır, külək əsir - Faktiki hava

Dünən, 20:19

yagis-yagir-kulek-esir

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, Tovuz və Mingəçevirdə 20, Bərdədə 18, Sabirabadda 17, Kəlbəcər bə Gəncədə 16 m/s-dək güclənir.

Şahbuz, Culfa, Ağstafa, Balakən, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.

Ordubad, Sarıbaş (Qax), Qusar, Qrızda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031