qanunedalet.com.az
http://qanunedalet.com.az

Beynəlxalq axtarışda olan Hindistan vətəndaşı təhvil verildi

13-05-2026, 18:58

beynelxalq-axtarisda-olan-hindistan-vetendasi-tehvil-verildi

Hindistanın hüquq mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü, Hindistan vətəndaşı Singh Prabhdeep Gurraj-ın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, qeyd olunan şəxs ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib”, - deyə məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31