qanunedalet.com.az
http://qanunedalet.com.az

Kafedə ofisiantı öldürmək istəyənə bu cəza verildi

Dünən, 18:19

kafede-ofisianti-oldurmek-isteyene-bu-ceza-verildi

Bakı şəhər Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “Çinar” kafesində ofisiantı bıçaqlayan 19 yaşlı E.Cəfərova hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Balakən sakini olan gənci Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilib.

E.Cəfərov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi zamanı E.Cəfərov kafedə ofisianta 6 bıçaq zərbəsi endirib. Belə ki, o, həmin kafedə işləyən Eysəfər adlı tanışını axtarmaq məqsədilə ora gedib. Bu zaman orada olan ofisiant T.Məmmədov E.Cəfərova Eysəfərin kafedə olmadığını bildirib. Kafedən uzaqlaşmayan Cəfərovla ofisiant arasında mübahisə yaranıb və 19 yaşlı oğlan üzərində gətirdiyi bıçaqla ona zərbələr endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031