qanunedalet.com.az
http://qanunedalet.com.az

Polisin saxladığı makler barədə 4 aylıq - Həbs qətimkan qərarı

30-04-2026, 19:49

polisin-saxladigi-makler-barede-4-ayliq


Paytaxtın Xəzər rayonu ərazisində bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən makler barəsində həbs-qətimkan tədbiri seçilib.
Daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə 10 nəfərdən yarım milyon manatdan çox pul alan 60 yaşlı Elxan Abbasov barəsində Xəzər Rayon Məhkəməsi qərar çıxarıb.

Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılan şəxs barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan qərarı verilib.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031