qanunedalet.com.az
http://qanunedalet.com.az

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

6-04-2026, 22:11

sehv-qerar-veren-eliyar-agayev-cezalandirildi

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçında qəbul etdiyi mübahisəli qərarlarla gündəmə gələn hakim Əliyar Ağayev və VAR hakimi Cavid Cəlilov cəzalandırılıb.

Bu barədə “Qafqazinfo”ya AFFA-dan məlumat verilib.

Məlumata görə, hər iki hakimin adı bu gün keçirilən “Qarabağ” - “Karvan-Yevlax” və sabahkı “İmişli” - “Turan Tovuz” matçlarından çıxarılıb.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tovuzluların narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandırmış, onun səhv qərar verdiyini təsdiqləmişdi.

Xatırladaq ki, “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev məsələyə dair sərt açıqlama verərək futbolçuların haqqını hakim Əliyar Ağayevə halal etmədiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930