Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkir rayonunda ana və oğlu yaşadıqları evdə termiki yanıq xəsarətləri alıb.
Hadisə rayonun Morul kəndində baş verib.
Belə ki, 1995-ci il təvəllüdlü Anar Mahir oğlu Budaqov və 1976-cı il təvəllüdlü anası Sevda Eyyub qızı Budaqova termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Tibbi yardıma baxmayaraq, S.Budaqova vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: