qanunedalet.com.az
http://qanunedalet.com.az

Biləsuvarda “Nissan” aşdı - Sürücü xəsarət aldı

Bu gün, 19:01

bilesuvarda-nissan-asdi

Biləsuvarda “Nissan Sunny” markalı avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Cəbrayılın Horovlu kənd sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi minik avtomobili qəfil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal rayon xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini yüngül qiymətləndirirlər.

Xoşbəxtlikdən, hadisə zamanı avtomobildə olan sürücünün gəlini və üç azyaşlı nəvəsi ciddi deformasiyaya uğrayan maşından xəsarət almadan qurtula biliblər.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031