qanunedalet.com.az
http://qanunedalet.com.az

“2344 nəfər alimentə görə həbs olunub”

4-03-2026, 19:17

2344-nefer-alimente-gore-hebs-olunub

“2025-ci ildə icraatda 141 min aliment işi olub. Bununla belə aliment işlərinin icra edilməmə halları aşağı faiz təşkil edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.

“Aliment işlərinin icrasında yaranan çətinliklər bəzən müəyyən vəsaitlərin, iş yerlərinin olmaması, şəxslərin yaşayış yerlərini, iş yerlərini tez-tez dəyişməsi ilə bağlı olur. 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Xəbəri rus dilində oxuyun: За неуплату алиментов арестованы более 2300 человек

Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq edilib. 2344 nəfər inzibati qaydada həbs edilib və aliment ödəməkdən yayınan şəxslər barəsində müəyyən cinayət hüquqi xarakter tədbirlər görülüb. Bununla bağlı cinayət məsuliyyətinə cəlb edilmə haqqında 286 təqdimat verilib, 235 təqdimat barəsində cinayət işi başlanılıb”, - nazir müavini qeyd edib.

Nuranə Daxilqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930