qanunedalet.com.az
http://qanunedalet.com.az

Məmura saxta mükafat verən “jurnalist” həbs edildi

4-03-2026, 19:13

memura-saxta-mukafat-veren-jurnalist-hebs-edildi


Gədəbəy rayonunda Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi Ruslan Mustafayevə bəzi qurumların adından saxta mükafat verən Fəqani Hüseynov həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, o, polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.

Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barəsində 10 sutka həbs qərarı verilib.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə özünü jurnalist kimi tanıdan Fəqani Hüseynov adlı şəxs “Azərbaycan Respublikası Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın adından” sözlərindən istifadə edərək Ruslan Mustafayevə “fəxri diplom” təqdim edib. Həmin anın görüntüləri müzakirələrə səbəb olub.

Yunis Quliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031