qanunedalet.com.az
http://qanunedalet.com.az

Müayinə üçün getdiyi klinikada həkimin pullarını oğurladı - Tutuldu

4-03-2026, 18:54

muayine-ucun-getdiyi-klinikada-hekimin-pullarini-ogurladi

Ötən gün paytaxtın Səbail rayonunda klinikaların birindən oğurluq edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, naməlum şəxs gündüz saatlarında zərərçəkənin çantasından 5000 manat, bank kartları və şəxsi sənədlərini talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 58 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını fürsət bilərək oğurluq edib.

Faktla bağlı araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930