qanunedalet.com.az
http://qanunedalet.com.az

“Range Rover”dən 11 min oğurlayan “ayıq sürücü” saxlanıldı

Dünən, 18:13

range-roverden-11-min-ogurlayan-ayiq-surucu-saxlanildi

Paytaxtın Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11.000 manat oğurlanıb.
Vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə özünü “ayıq sürücü” xidməti göstərdiyini bildirərək nəqliyyat vasitəsinin sükanı arxasında əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.

Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə bank kartından 723 manat oğurlamaqda şübhəli bilinən 35 yaşlı S.Ramazanov və əvvəllər məhkum olunmuş 25 yaşlı X.Mehdiyev də müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728