qanunedalet.com.az
http://qanunedalet.com.az

Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi

16-02-2026, 17:07

qobuda-mektebde-dava

Bu gün Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinifdə təhsil alan iki şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib.
Məktəbdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib, daha sonra xəstəxanaya yönləndirilib. Şagird həkim müayinəsindən sonra ambulator müalicə üçün evə göndərilib.
“Hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, - məlumatda vurğulanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031