qanunedalet.com.az
http://qanunedalet.com.az

Xırdalanda “Range Rover”in şüşələri və işıqları sındırıldı

8-01-2026, 18:27

xirdalanda-range-roverin-suseleri-ve-isiqlari-sindirildi

Xırdalan sakini evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.
Vətəndaş şikayətində hadisə zamanı əmlakına 11 000 manat maddi ziyan dəydiyini bildirib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.

Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031