qanunedalet.com.az
http://qanunedalet.com.az

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aralıq hesabatı açıqlandı

Bu gün, 19:18

azal-teyyaresinin-qezaya-ugramasi-ile-bagli-araliq-hesabati-aciqlandi

Qazaxıstanın Nəqliyyat Nazirliyi ötən ilin 25 dekabrında Aktau yaxınlığında qəzaya uğramış AZAL-a məxsus “Embraer 190” (4K-AZ65) təyyarəsi ilə bağlı aralıq hesabatı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, qəzanın ildönümü ilə əlaqədar hazırlanan sənəddə bildirilib ki, bu araşdırmanın yeganə məqsədi gələcəkdə oxşar hadisələrin qarşısını almaqdır.

“Beynəlxalq konvensiyalara görə, bu fəaliyyət kiminsə günahını və ya məsuliyyət payını müəyyən etmək üçün aparılmır. Hazırda komissiyanın texniki araşdırması ilə yanaşı, Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi üzrə istintaq da davam edir. Bu iki proses bir-birindən asılı olmayaraq həyata keçirilir.

İstintaq başa çatana qədər prosesin gedişatı barədə məlumatlar kənar şəxslərə açıqlanmır. Əldə olunan faktlar yalnız uçuş təhlükəsizliyini artırmaq üçün istifadə edilə bilər. Qəzanın dəqiq səbəbləri və tövsiyələr bütün təyin olunmuş tədqiqatlar və laboratoriya işləri bitdikdən sonra “Yekun Hesabat”da öz əksini tapacaq”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2024-cü ilin 25 dekabrında baş vermiş faciə nəticəsində 38 nəfər həlak olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031