qanunedalet.com.az
http://qanunedalet.com.az

13 yaşlı qız evli qohumundan hamilə qaldı - Ailəsi şikayətçi olmadı...

Dünən, 18:47

13-yasli-qiz-evli-qohumundan-hamile-qaldi

Azərbaycanda rayonların birində qohumunun 13 yaşlı qızı ilə intim münasibətdə olan 37 yaşlı S. Abdullayev (şərti) cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayon məhkəməsinin hökmü ilə S.Abdullayevə 3 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalarla müəyyən edilib ki, bu ilin aprel ayında rayonun kəndlərindən birində yaşayan 13 yaşlı qızın onhəftəlik hamilə olduğu məlum olub. Bundan sonra aparılan araşdırma zamanı yeniyetmə qızın bibisinin əri ilə münasibətdə olduğu müəyyənləşib.

Belə ki, o, qaynının yeniyetmə qızına onu sevdiyini və evlənəcəyini deyərək yaşadığı mənzildə əxlaqsız hərəkətlər edib. Hadisə gecə saatlarında S.Abdullayevin həyat yoldaşı və 3 övladı evdə olarkən baş verib.

Məhkəmədə yeniyetmə qız və ailə üzvləri S. Abdullayevdən şikayətçi olmadıqlarını, qohumluq münasibətinə görə onu bağışladıqlarını və həbs edilməsini istəmədiklərini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031