qanunedalet.com.az
http://qanunedalet.com.az

Tələbə universitetin mənfi II mərtəbəsinə yıxıldı - Xəstəxanalıq oldu

15-12-2025, 18:57

telebe-universitetin-menfi-ii-mertebesine-yixildi

Azərbaycan Universitetində döşəmənin çökməsi, 18 yaşlı tələbənin yıxılaraq  xəsarət alması ilə bağlı məlumat yayılıb. 

“Qafqazinfo” Anews.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.  

Hadisə ilə bağlı Azərbaycan Universitetindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Universitetdə iki mərtəbənin arasında “üzərinə çıxmaq olmaz” yazısı olan yüngül panel lövhələr var. I kurs tələbəsi həmin konstruksiyanın üzərinə çıxıb. Nəticədə o, mənfi birinci mərtəbədən mənfi ikinci mərtəbəyə yıxılıb.

Universitet tərəfindən tələbəyə ilkin tibbi yardım göstərilib, təcili yardım çağrılıb. Təcili tibbi yardım briqadası tərəfindən tələbəyə yerində ilkin tibbi xidmət göstərilib. Tələbə xəstəxanaya aparılıb və valideynlərinə məlumat verilib”.

Universitetdən həmçinin bildirilib ki, tələbə müayinə olunub, vəziyyəti yaxşıdır və evə buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930