qanunedalet.com.az
http://qanunedalet.com.az

Ölkədə qızılca və suçiçəyi ilə bağlı vəziyyət necədir? - Rəsmi

1-12-2025, 18:44

olkede-qizilca-ve-suciceyi-ile-bagli-veziyyet-necedir

“Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali  arasında tibb müəssisələrində peyvənd işləri davam etdirilir”.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində son aylarda ölkədə qızılca xəstəliyi qeydə alınmır.

Qeyd edilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır.

“Xəstəliyin ölkə üzrə kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.

Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”,- deyə əlavə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930