qanunedalet.com.az
http://qanunedalet.com.az

Naxçıvanda tələbələrin narazılığı ilə bağlı - Açıqlama

13-11-2025, 18:26

naxcivanda-telebelerin-naraziligi-ile-bagli


Bir müddətdir Naxçıvan Dövlət Universitetinin həyətinə avtomobillə girişə qadağa qoyulması tələbələr arasında narazılığa səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” səhifəsi məlumat yayıb. İddia olunur ki, artıq bir neçə gündür ərazidə yalnız müəllimlərin və xüsusi statusa malik bəzi tələbələrin keçidinə icazə verilir.

Tələbə Cavad Rəcəbovun sözlərinə görə, avtomobilləri yol kənarında saxladıqları üçün cərimələnirlər: “Şlaqbaumlar qoyulandan universitet ərazisinə daxil ola bilmirik, heç parklama yerindən kənarda olan boş ərazilərə də qoymurlar. Yalnız müəllimlər, türkiyəli tələbələr və bəzi tapşırılmış azərbaycanlı tələbələr buraxılır. Buna görə özümüzü ayrı-seçkiliyə məruz qalmış hesab edirik. Bizim maşınımız dayansa, mühafizə dərhal gəlib çıxarmağımızı tələb edir, kobud davranır. Biz də məcbur qalıb kənar ərazilərdə avtomobili saxlamaq üçün yer axtarırıq. Nəticədə vaxt itkisi olur, dərsə yubanırıq. Çox zaman qayıdıb görürük ki, ya cərimə yazılıb, ya da avtomobillərimiz əzilib. Amma müəyyən tələbələrə göz yumulur”.

Digər tələbələr də onlara bərabərlik prinsipləri çərçivəsində şərait yaradılmasını tələb ediblər.

Problemlə bağlı Naxçıvan Dövlət Universitetinə müraciət etdik. Ali məktəbin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sözügedən qadağa bütün şəxslərə şamil olunur: “Nəqliyyat vasitələrinin universitet ərazisinə girişinə tətbiq edilən məhdudiyyət tələbələrin və əməkdaşların təhlükəsizliyinin təmin olunması, həmçinin universitet şəhərciyində nəqliyyat axınının tənzimlənməsi məqsədilə həyata keçirilir. Bu qərar yeni deyil və uzun müddətdir qüvvədə olan daxili təhlükəsizlik qaydalarının tərkib hissəsidir. Qadağa yalnız tələbələrə deyil, bütün şəxslərə, o cümlədən, müəllim və inzibati heyətə də şamil olunur. Universitet həyətində parklanma yalnız xüsusi ayrılmış parklanma yerlərində mümkündür. Bu qaydalar həm də piyada hərəkətinin rahatlığı məqsədini daşıyır.

Yayılan iddialarda qeyd olunduğu kimi heç bir ayrı-seçkilik və istisna hallar mövcud deyil. Türkiyəli və ya digər ölkələrdən olan tələbələr də daxil olmaqla bütün tələbələrə eyni qaydalar tətbiq olunur. Universitet rəhbərliyi tərəfindən heç kimə xüsusi imtiyaz tanınmır.

Naxçıvan Dövlət Universiteti ictimaiyyəti əmin edir ki, qəbul edilən bütün qərarlar təhlükəsizlik, intizam və idarəetmə qaydalarına əsaslanır və universitet ailəsinin hər bir üzvünün maraqlarını qorumağa yönəlib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031