qanunedalet.com.az
http://qanunedalet.com.az

Yağış yağır, külək əsir - Faktiki hava

21-10-2025, 19:04

yagis-yagir-kulek-esir

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR, Şabran, Xaçmaz, Zaqatala, Qəbələ, Oğuz, İsmayıllı, Qax, Şəki, Quba, Qusar, Qobustan, İmişli, Ağsu, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Beyləqan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Bərdə, Tərtər, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 16 m/s-yə çatır.

Zaqatala, Şəki, Şamaxı, Balakən, Qax, Qusar, Göyçay, Göygöl, Daşkəsəndə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031