qanunedalet.com.az
http://qanunedalet.com.az

“Vüsal 300” həbs edildi

15-09-2025, 18:44

vusal-300-hebs-edildi

Barəsində cinayət işi başladılan iş adamı Vüsal Abbasov həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar çıxarıb.

“Vüsal 300” kimi tanınan iş adamı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xətai Rayon Prokurorluğunda aparılan istintaq çərçivəsində V. Abbasovun ofislərindən qızıl-zinət əşyaları, avtomobillər maddi sübut kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq- xüsusi külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, “Vüsal 300” Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031