qanunedalet.com.az
http://qanunedalet.com.az

TƏBİB-in elektron sistemində problem yarandı - Açıqlama

Dünən, 19:45

tebib-in-elektron-sisteminde-problem-yarandi

Bu gün səhər saatlarından etibarən dövlət xəstəxanalarının elektron qeydiyyat sistemində problemlər yaranıb.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər.

Onların sözlərinə görə, nəticədə xəstəxana dəhlizlərində böyük növbələr olub. Həkim qəbuluna gələn xəstələr bu səbəbdən xidmətlərdən istifadə edə bilməyiblər. 

Problemlə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, problem artıq yüklənmə səbəbindən baş verib: “Bu gün səhər saatlarında “e-Tabib” proqram təminatında normadan artıq yüklənmə səbəbindən nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub. Qısa zaman ərzində problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib”.

Həmçinin qeyd edilib ki, qeydiyyat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə tibb müəssisələri tərəfindən müvafiq prosedurlar alternativ qaydada icra olunur və problem həll edildikdən sonra məlumatlar elektron sistemdə əks etdirilir.

Xatırladaq ki, bundan əvvəl də TƏBİB tabeli xəstəxanalarda elektron qeydiyyat sistemində donma və yüklənmə səbəbindən fasilələr yaranıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930