qanunedalet.com.az
http://qanunedalet.com.az

Zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürüldü

28-08-2025, 19:54

zorakiliga-meruz-qalan-13-yasli-qiz-nezarete-goturuldu

Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürülüb.
Bu barədə anews.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib. 

“Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına rəsmi müraciət ünvanlanıb. Qax Rayon İcra Hakimiyyəti tərəfindən yetkinlik yaşına çatmayanın yaşadığı ailəyə baxış keçirilib, uşağın ümumi vəziyyəti qiymətləndirib. Hazırda uşağın vəziyyəti qənaətbəxşdir, hər hansı təxirəsalınmaz müdaxiləyə ehtiyac yoxdur və o nəzarətə götürülüb”, - açıqlamada deyilir. 

Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə Qax rayonunun kəndlərindən birində 13 yaşlı qıza qarşı təcavüz edilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda sözügedən hadisə ilə bağlı çox sayda şəxsin saxlanıldığı vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031