qanunedalet.com.az
http://qanunedalet.com.az

Könülün ölümü ilə bağlı cinayət işi açıldı

11-07-2025, 18:25

konulun-olumu-ile-bagli-cinayet-isi-acildi

11 gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermiş faciəvi hadisə ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, iyunun 30-da 2005-ci il təvəllüdlü Könül İbrahimlinin Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, mərhumun yaxınları Könülün 3 ay əvvəl ailə həyatı qurduğunu, lakin ilk günlərdən etibarən həyat yoldaşı Nicat Yusifzadənin ona qarşı zorakılıq etdiyini iddia ediblər. Onlar Könülün əri tərəfindən eyvandan atılmasını və ya özünü atmağa məcbur edildiyini deyiblər.

N.Yusifzadə daha əvvəl də evli olsa da, keçmiş xanımı onu tərk edibmiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031