7 saylı Cəzaçəkmə Müəssisəsində biabırçılıq
Heqiqixeber.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində özbaşınalıq davam edir. Həbsxananı şəxsi biznesinə çevirən rəis Mehman Əliyevin qanunsuz əməlləri, qeyri-peşəkar idarəçiliyinin nəticəsi kimi cəzaçəkmə müəssisəsində məhbuslara qarşı işgəncələr, qeyri-insani rəftar və ləyaqəti alçaldan hərəkətlər edilir. Redaksiyamıza məhbuslardan birinin bildirdiyinə görə etika xətrinə adını yazmadığımız məhkumlardan biri zorlanıb.
Ədliyyə nazirliyindən bu fakt gizlətmək məqsədi ilə rəis Mehman Əliyevin birbaşa təşkilatçılığı ilə zorlanan məhkum 7 saylıdan
15 saylı Cəzaçəkmə Müəssisəsinə təcili köçürülüb.
Qeyd edək ki, 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Mehman Əliyevin yarıtmaz fəaliyyəti ilə bağlı mediada xəbərlər geniş yer alıb. Həbsxananı pullu məhkumların idarəçiliyinə verən M.Əliyevin rəisi olduğu cəzaçəkmə müəssisəndə Azərbaycan qanunlarının işləməməsi iddia olunur.
Qarşı tərəfin mövqeyini tanıyırıq.