qanunedalet.com.az
http://qanunedalet.com.az

Günlərdir itkin idi, meyiti tapıldı

22-05-2025, 19:20

gunlerdir-itkin-idi-meyiti-tapildi


Ağdaşda itkin düşən 66 yaşlı qadının meyti 13 gün sonra Göyçay rayonundan tapılıb.

9 may tarixində rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Ələkbərova yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Bu gün isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Ələkbərovanın meytini Yuxarı Şirvan kanalının Göyçay rayon Bığır kəndi ərazisindən keçən hissəsində tapıb.

N.Ələkbərovanın meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728