qanunedalet.com.az
http://qanunedalet.com.az

Doğum günündə maşın vurub öldürmüşdü - Dostu həbs edildi

20-05-2025, 19:38

dogum-gununde-masin-vurub-oldurmusdu

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şərur Rayon Məhkəməsinin hökmü ilə rayonun Çomaxtur kənd sakini 1963-cü il təvəllüdlü Xəlil Xəlilova 5 il 1 ay həbs cəzası verilib.

O, məhkəmə zalında qandallanıb. Əlavə olaraq onun 2 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.

Bildirilib ki, ağır qəza ötən ilin 11 noyabr tarixində elə Çomaxtur kəndində baş verib. “Mercedes” markalı avtomobillə həyat yoldaşı ilə birgə qohumunun yas mərasiminə gedən Xəlil yolda təsadüfən dostu Qurbanı vurub.

Mərhumun ailə üzvləri bildirib ki, hadisə baş verən gün Qurbanın doğum günü olub. O, təqsirləndirilən sürücü ilə dost olub və vaxtaşırı kənddəki çayxanada domino oynayırmış.

Həmçinin idda edilib ki, hadisə vaxtı Xəlil avtomobili saatda 140 kilometr sürətlə idarə edirmiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031